...

Klipmeyker Elxan Cəfərov özünü Mixayıl Romla müqayisə etdi

Cəmiyyət Materials 5 Sentyabr 2007 12:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 sentyabr /müx. "TrendLife" Vüqar Vüqarlı/

Müğənni Nura Surinin "Vətənim" adlı yeni klipinin rejissoru Elxan Cəfərov öz işini, məhşur sovet rejissoru Mixail Rom ilə müqayisə etdi. Belə bir uyğun olmayan müqayisəyə TrendLife müxbirinin tənqidi iradı bu oldu ki, klip musiqili rolikə yox, daha çox sənədli filmə bənzəyir. Rejissor isə, öz növbəsində, irada fikrini belə bildirdi: "Mixail Rom da "Adi faşizm"i sənədli film kimi çəkib. Lakin bu film heç də bədii filmdən fərqlənmir. Hətta həmin film bütün dünyada tanındı. Mənə elə gəlir ki, mənim çəkdiyim klip də sənədli janrdadır. Burada heç bir qəbahət yoxdur. Digər kliplərdən heç də az baxılmayacaq."

Xəbər lenti

Xəbər lenti