Azərbaycan, Bakı, 10 aprel /Trend/
Azərbaycan yığmasının təmsilçisi Valentin Hristov Türkiyədə keçirilən ağır atletika üzrə Avropa çempionatında qızıl medal qazanıb.
Atletimiz sıçrayışda 125 kq. qaldırıb və Avropanın gənclər rekordunu təzəliyib, təkanda isə 155 kq qaldırıb. 280 kq nəticə ilə Valentin Avropa çempionu oldu.
İkinci yeri moldovalı Oleg Sirgi, üçüncü yeri isə bolgarıstanlı Asen Muradov tutub.
Azərbaycan yığmasının təmsilçisi yeni rekordla ağır atletika üzrə Avropa çempionu oldu
Azərbaycan yığmasının təmsilçisi Valentin Hristov Türkiyədə keçirilən ağır atletika üzrə Avropa çempionatında qızıl medal qazanıb.
