Azərbaycan, Bakı, 16 aprel /Trend/
Beynəlxalq super ulduz Jennifer Lopez 22 sentyabrda, FIFA U-17 qadınlararası dünya çepionatı Azərbaycan 2012-nin açılış mərasimində çıxış edəcək.
Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, Jennifer Lopezin ölkəmizdə ilk çıxışı olacaq.
FIFA U-17 qadınlararası dünya çepionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsi (YTK) açılış mərasimini Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edəcək.
Açılış mərasiminin biletləri bu gündən çempionatın http://www.fifa.com/Azerbaijan2012 rəsmi internet səhifəsindən əldə oluna biləcək.
Jennifer Lopezin qatılacağı U-17 qadınlararası dünya çempionatının açılış mərasiminin biletlərinin satışına başlanılıb
Beynəlxalq super ulduz Jennifer Lopez 22 sentyabrda, FIFA U-17 qadınlararası dünya çepionatı Azərbaycan 2012-nin açılış mərasimində çıxış edəcək
