...

Azərbaycan kuboku Bakıda qalacaq

İdman Materials 25 Aprel 2012 19:13 (UTC +04:00)
Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
Azərbaycan kuboku Bakıda qalacaq

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Trend-in məlumatına görə, "Neftçi" klubu paytaxtın digər təmsilçisi "İnter" ilə qarşılaşıb. Xatırladaq ki, ilk görüşdə 0:0 hesabı qeydə alınmışdı.

İlk qol "Neftçi"dən gəlib. 22-ci dəqiqədə Cavid İmamverdiyev fərqlənib (1:0).

Matç elə bu hesabla da başa çatıb. İki oyunun nəticəsinə görə üstün olan "Neftçi" Azərbaycan kubokunun final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, bu gün keçirilən digər yarımfinal görüşündə isə "Bakı" "Qarabağ"ı məğlub edib.

Xəbər lenti

Xəbər lenti