...

Avrokuboklara vəsiqə uğrunda gərgin mübarizə

İdman Materials 5 May 2012 16:47 (UTC +04:00)
Bu gün Azərbaycan Unibank Premyer Liqasının 31-ci turuna start veriləcək.
Avrokuboklara vəsiqə uğrunda gərgin mübarizə

Azərbaycan, Bakı, 5 may /Trend/

Bu gün Azərbaycan Unibank Premyer Liqasının 31-ci turuna start veriləcək. Trend-in məlumatına görə, ilk oyun günündə üç qarşılaşma keçiriləcək.

"Xəzər Lənkəran" klubu doğma azarkeşləri önündə Qəbələnin eyniadlı komandasını qəbul edəcək. Lənkəran təmsilçilərini bu oyunda bir xal da qane edir. Belə ki, 55 xalla ikinci yerdə qərarlaşan "Xəzər Lənkəran" böyük ehtimalla artıq Avrokuboklara vəsiqəni təmin edib.

Ağdamın "Qarabağ" klubu isə Quzanlı qəsəbə stadionunda Bakının "İnter" komandası ilə qarşılaşacaq. Turnir cədvəlində "İnter"dən cəmi 3 xal geridə olan ağdamlılara bu matçda mütləq qələbə lazımdır. "Qarabağ" bu oyunda qalib gələrsə, Avrokuboklarda iştirak etmək şansını bir qədər artıracaq. Matç "İnter"in qələbəsi ilə başa çatarsa, paytaxt təmsilçisi Avrokuboklara vəsiqəni rəsmiləşdirəcək.

Digər qarşılaşma paytaxtda baş tutacaq. "Bakı" klubu artıq çempionluğunu qeyd edən "Neftçi"ni qəbul edəcək. Hər iki komanda artıq Avrokuboklara vəsiqəni təmin etdiyindən bu görüş formal xarakter daşıyacaq.

31-ci tura sabah keçiriləcək 3 oyunla yekun vurulacaq. Hər üç oyun ikinci "altılığ"a təsadüf edəcək. "Simurq" "Rəvan"ı, "Kəpəz" "Turan"ı, "Sumqayıt" isə AZAL-ı qəbul edəcək.

Bütün matçlar saat 17:30-da başlayacaq.

Xəbər lenti

Xəbər lenti