...

İsrail FİFA-nın müdafiə etdiyi fələstinli futbolçunu azad etdi

İdman Materials 10 İyul 2012 18:36 (UTC +04:00)
İsrail bu gün fələstinli futbolçu Mahmud Sarakı həbsxanadan azad edib. Sarak FİFA-nın onu müdafiə etməsi və üçaylıq aclıq etirazı sayəsində geniş populyarlıq qazanmışdı.
İsrail FİFA-nın müdafiə etdiyi fələstinli futbolçunu azad etdi

Azərbaycan, Bakı, 10 iyul /Trend/

İsrail bu gün fələstinli futbolçu Mahmud Sarakı həbsxanadan azad edib. Sarak FİFA-nın onu müdafiə etməsi və üçaylıq aclıq etirazı sayəsində geniş populyarlıq qazanmışdı. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı idmançının əlaqəsi olduğu "İslam cihadı" hərəkatı xəbər verib.

Fələstinlilər iddia edirlər ki, Sarak məhkəmə keçirilmədən və rəsmi ittiham irəli sürülmədən üç ildən çox həbsxanada yatıb.

"Yoldaşımızın azad edilməsi xalqımızın işğalçılar üzərində qələbəsi, dəyanətin simvolu və mübarizəsi oldu", - hərəkatın məlumatında qeyd edilir.

Sarakı vətənində yüzlərlə fələstinli qarşılayıb. O, müalicə almaq məqsədilə dərhal Qəzzanın "Şəfa" mərkəzi xəstəxanasına aparılıb.

Qeyd edək ki, futbolçu İsrail həbsxanasında olarkən aclıq elan edib. Aclıq aksiyası 86 gün davam edib və futbolçu tez bir zamanda azad ediləcəyi barədə zəmanət aldıqdan sonra başa çatıb. Aclıq aksiyası dövründə FİFA prezidenti Yozef Blatter Saraka görə İsrail hökumətinə xahişlə müraciət edib.

Xəbər lenti

Xəbər lenti