...

“Bakı” klubunun baş məşqçisi istefaya göndərildi

İdman Materials 19 İyul 2012 13:02 (UTC +04:00)
“Bakı” klubunun baş məşqçisi Novruz Əzimov tutduğu vəzifədən azad olunub. Bu haqda Trend-ə klubdan məlumat verilib
“Bakı” klubunun baş məşqçisi istefaya göndərildi

Azərbaycan, Bakı, 19 iyul /Trend/

"Bakı" klubunun baş məşqçisi Novruz Əzimov tutduğu vəzifədən azad olunub. Bu haqda Trend-ə klubdan məlumat verilib.

Məlumata görə, Əzimov istefa ərizəsiylə klub prezidentinə müraciət edib. "Bakı"nın prezidenti Hafiz Məmmədovun əmriylə Əzimov bu gün tutduğu vəzifədən kənarlaşdırılıb.

Onun yerinə isə serbiyalı Bojidar Bandoviç təyin edilib.

Qeyd edək ki, Bandoviç buna qədər klubda idman direktoru vəzifəsində çalışırdı. Xatırladaq ki, "Bakı" klubu Avropa Liqasının birinci təsnifat mərhələsini adlaya bilməmişdi.

Xəbər lenti

Xəbər lenti