...

Futbol üzrə qadınlardan ibarət Kolumbiya yığması Bakıdadır (FOTO)

İdman Materials 15 Sentyabr 2012 15:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

FIFA U-17 qadınlararası dünya çempionatında iştirak edəcək komandaların Azərbaycana gəlişi artıq başlayıb. Ölkəmizə təşrif buyuran ikinci komanda Kolumbiya yığması olub.

Trend AFA-nın rəsmi saytına istinadən məlumat verir ki, mundial iştirakçısını Heydər Əliyev adına Beynəlxalq Hava Limanında FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi maskotu Top Top Qız qarşılayıb. Top Top Qızın təqdim etdiyi gül dəstələrini aldıqdan və kollektiv şəkil çəkdirdikdən sonra komandanın üzvləri qalacaqları hotelə yola düşüb.

Kolumbiya yığması qonaqpərvərliklə qarşılanmalarından məmnun olduqlarını bildirib.

Xəbər lenti

Xəbər lenti