...

Azərbaycan hakimi dünya çempionatının seçmə mərhələ oyununa təyinat alıb

İdman Materials 27 Sentyabr 2012 18:26 (UTC +04:00)
FIFA referisi Anar Salmanov 2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələ oyununa təyinat alıb.
Azərbaycan hakimi dünya çempionatının seçmə mərhələ oyununa təyinat alıb

Azərbaycan, Bakı, 27 sentyabr /Trend/

FIFA referisi Anar Salmanov 2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələ oyununa təyinat alıb.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, oktyabrın 12-də keçiriləcək Çexiya-Malta qarşılaşmasında Anar Salmanova FIFA referi köməkçiləri Yaşar Abbasov və Mübariz Haşımov kömək edəcəklər.

Oyunun dördüncü hakimi FIFA referisi Vüsal Əliyev olacaq.

Xəbər lenti

Xəbər lenti