Azərbaycan, Bakı, 11 oktyabr /Trend/
"Neftçi"nin üzvü Fəhmin Muradbəyli 17 yaşlı futbolçulardan ibarət milli komandanın heyətində İspaniyada keçirilmiş beynəlxalq turnirin ən yaxşı oyunçusu seçilib. Bu barədə Trend klubun saytına istinadən məlumat verir.
Qeyd edək ki, ABŞ, Meksika, BƏƏ və digər seçmə komandaların mübarizə apardığı yarışda millimiz 3-cü yeri tutub.