Azərbaycan, Bakı, 13 oktyabr /Trend/
Bakıda FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin bağlanış mərasimi ilə əlaqadər rəsmi ziyafət verilib. Bu barədə Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir.
Qeyd edək ki, sentyabrın 22-də start götürmüş FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-yə bu gün yekun vurulacaq.
Saat 17:00-da üçüncü yerin sahibini müəyyənləşdirmək üçün Qana və Almaniya yığmaları üz-üzə gələcək.
Saat 20:00-da keçiriləcək final oyununda isə Fransa və Koreya XDR komandaları qarşılaşacaq.
Hər iki oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.