...

Berti Foqts: Azərbaycan millisi Rusiya yığması ilə oyuna qələbə üçün çıxacaq (ƏLAVƏ OLUNUB)

İdman Materials 15 Oktyabr 2012 13:28 (UTC +04:00)
Futbol üzrə Azərbaycan milli komandası DÇ 2014-ün seçmə mərhələsi çərçivəsində Rusiya yığması ilə oyuna qələbə üçün çıxacaq.

Rusiya, Moskva, 15 oktyabr /Trend, xüsusi müxbir E.Hüseynli/

Futbol üzrə Azərbaycan milli komandası DÇ 2014-ün seçmə mərhələsi çərçivəsində Rusiya yığması ilə oyuna qələbə üçün çıxacaq. Trend-in məlumatına görə, bunu Moskvada keçirilən mətbuat konfransında Azərbaycan millisinin baş məşqçisi Berti Foqts deyib.

"Rusiya yığmasının güclü rəqib olduğunu bilirik. Ona görə də futbolçularımız bilirlər ki, oyun asan keçməyəcək", - Foqts bildirib.

Almaniyalı mütəxəssis zədəli Rəşad Sadıqovun sabahkı qarşılaşmada meydanda olmasını istədiyini bildirib.

"Çalışacağıq ki, Rusiya ilə görüşdə Sadıqov oynasın. Çünki komandanın kapitanı meydanda olmayanda oyunçular üçün çətin olur. Azərbaycan millisi sabah kollektiv oyun nümayiş etdirəcək", - baş məşqçi deyib.

Qeyd edək ki, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində baş tutacaq Rusiya - Azərbaycan oyunu oktyabrın 16-da, Bakı vaxtı ilə saat 20:00-da Moskva şəhərindəki "Lujniki" stadionunda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti