...

2012-ci ilin "nəhəng" qapıçıları müəyyənləşdi

İdman Materials 4 Yanvar 2013 13:25 (UTC +04:00)
Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) 2012-ci ilin ən yaxşı qapıçılarının siyahısını açıqlayıb. Trend-in məlumatına görə, siyahıda 8 qapıçı yer alıb.
2012-ci ilin "nəhəng" qapıçıları müəyyənləşdi

Azərbaycan, Bakı, 4 yanvar /Trend/

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) 2012-ci ilin ən yaxşı qapıçılarının siyahısını açıqlayıb. Trend-in məlumatına görə, siyahıda 8 qapıçı yer alıb.

Son dünya və Avropa çempionu İspaniya millisinin qapıçısı İker Kasilyas yenidən birinci olub. "Real" (Madrid) klubunun qapıçısı 224 xalla bütün rəqiblərini qabaqlayıb.

İtaliya yığması və "Yuventus"un əlcək sahibi Canluici Buffon 128 xalla ikinci, "Çelsi"nin çexiyalı qapıçısı Peter Çex isə 92 xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, digər pillələri müvafiq olaraq Manuel Noyer ("Bavariya", Almaniya), Co Hart ("Mançester Siti, İngiltərə), Viktor Valdez ("Barselona", İspaniya), Kassio Romos ("Korintias", Braziliya), Samir Handanoviç ("İnter", Sloveniya) və Hüqo Lloris ("Tottenhem", Fransa) tutublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti