...

Azərbaycan milli komandası FİFA-nın reytinqində 2 pillə irəliləyib

İdman Materials 14 Mart 2013 13:36 (UTC +04:00)
"DÇ-2014"dəki rəqiblərimizə gəldikdə isə yenə ən yaxşı göstərici Portuqaliya millisinindir. O, bir pillə geriləyərək 7-ci yerdədir.
Azərbaycan milli komandası FİFA-nın reytinqində 2 pillə irəliləyib

Azərbaycan, Bakı, 14 mart /Trend/

FİFA-nın açıqladığı reytinqdə Azərbaycan milli komandası 2 pillə irəliləyib.

Trend-in məlumatına görə, Berti Foqtsun rəhbərlik etdiyi Azərbaycan yığması hazırda 286 xalla 116-cı pillədə qərarlaşıb.

"DÇ-2014"dəki rəqiblərimizə gəldikdə isə yenə ən yaxşı göstərici Portuqaliya millisinindir. O, bir pillə geriləyərək 7-ci yerdədir.

Rəqiblərimizdən Rusiya yığması yerini qoruyaraq 10-cu yerdədir. İsrail 8 pillə geriləyərək 74-cü, Şimali İrlandiya 5 pillə irəliləyərək 367 xalla 97-cidir.

İlk üçlükdə İspaniya, Almaniya və Argentinanın milli yığmalarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti