Azərbaycan, Bakı, 14 mart /Trend/
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində martın 22-də, Lüksemburq şəhərində keçiriləcək Lüksemburq - Azərbaycan oyununu idarə edəcək hakimlər briqadasında dəyişiklik edilib.
Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, baş hakimin köməkçisi Ciaran Delaneyin əvəzinə Mark Gavin təyinat alıb.
Hakimlər briqadasını bir daha diqqətinizə çatdırırıq:
Baş hakim: Padraigh Sutton
Baş hakimin köməkçiləri: Mark Gavin, Dermot Broughton
Dördüncü hakim: Neil Doyle
(Hakimlər briqadası İrlandiyadandır)
Hakim-inspektor: Marcel Vanelshocht (Belçika)
Komissar: Volfqanq Thierrichter (Avstriya)