...

I Avropa Oyunları ilə bağlı Bakıda nəqliyyat xidmətlərinin təşkilinə dair tövsiyələrin təqdimatı keçirilib

İdman Materials 12 İyul 2013 14:10 (UTC +04:00)
Nəqliyyat Nazirliyində Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı idman oyunlarının keçiriləcəyi yerlər barədə məlumatlar və nəqliyyat xidmətlərinin təşkilinə dair tövsiyələrin təqdimatı keçirilib.
I Avropa Oyunları ilə bağlı Bakıda nəqliyyat xidmətlərinin təşkilinə dair tövsiyələrin təqdimatı keçirilib

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir E.İsmayılov/

Nəqliyyat Nazirliyində Bakıda təşkil olunacaq I Avropa Oyunları ilə bağlı idman oyunlarının keçiriləcəyi yerlər barədə məlumatlar və nəqliyyat xidmətlərinin təşkilinə dair tövsiyələrin təqdimatı keçirilib.

Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, I Avropa Oyunlarının keçirilməsi zamanı nəqliyyat xidmətlərinin təşkilinə dair Bakı Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən cəlb edilmiş mütəxəssislərlə Nəqliyyat Nazirliyində görüş keçirilib. Nəqliyyat nazirinin müavini Musa Pənahov I Avropa Oyunlarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar nəqliyyat-yol kompleksi üzrə görülən işlər barədə məlumat verib və bu məqsədlə artıq Nəqliyyat Nazirliyində müvafiq İşçi Qrupun yaradıldığını və Tədbirlər Planının təsdiq edildiyini diqqətə çatdırıb.

Daha sonra nəqliyyat nazirliyinin müvafiq struktur bölmələrinin rəhbər işçilərinin və mütəxəssislərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib. Görüşdə mütəxəssislər idman oyunlarının keçiriləcəyi yerlər barədə məlumatları və nəqliyyat xidmətlərinin təşkili ilə əlaqədar tövsiyələri əks etdirən təqdimatla çıxış edib, yüksək keyfiyyətli nəqliyyat xidmətlərinin təşkili üçün mütəmadi olaraq belə görüşlərin keçirilməsinin və işçi qaydada müzakirələrin təşkil edilməsinin vacibliyini vurğulayıb.

Görüşdən sonra qonaqların Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə səfəri təşkil olunub və mərkəzin texniki imkanları barədə ətraflı məlumat təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti