Azərbaycan, Bakı, 19 iyul /Trend/
Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.
Trend-in məlumatına görə, Bakı vaxtı ilə saat 15:00-da başlayan tədbirdə turnirdəki təmsilçimiz - Bakının "Neftçi" klubunun da növbəti mərhələdəki potensial rəqibi müəyyənləşib.
Belə ki, son Azərbaycan çempionu "Skenderbeu" səddini keçəcəyi təqdirdə, BATE (Belarus) - "Şaxtyor" (Qazaxıstan) cütünün qalibi ilə qarşılaşacaq.
"Neftçi" III mərhələyə yüksələcəyi təqdirdə, ən azı Avroliqanın "play-off" mərhələsinə vəsiqəni təmin edəcək.
Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları 30-31 iyul və 6-7 avqust tarixlərində keçiriləcək.