...

Millimiz qələbə qazandı

İdman Materials 7 Avqust 2013 23:59 (UTC +04:00)
17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün son oyununu keçirib.
Millimiz qələbə qazandı

Azərbaycan, Bakı, 7 avqust /Trend/

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün son oyununu keçirib.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, Qazaxıstan yığması ilə qarşılaşan futbolçularımız 2:0 hesabı ilə qələbə qazanıb. Qolları Kader Alimova və Yasminne Qluiç vurub.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan millisi seçmə mərhələ çərçivəsində Avstriya və Polşa yığmaları ilə qarşılaşmış və müvafiq olaraq 0:7 və 0:5 hesabı ilə məğlubiyyətə uğramışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti