...

UEFA Ukrayna klubunu Çempionlar Liqasından kənarlaşdırıb

İdman Materials 14 Avqust 2013 16:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 avqust / Trend /

UEFA Ukraynanın "Metallist" (Xarkov) klubunu Çempionlar Liqasının 2013/14 mövsümündəki iştirakından kənarlaşdırıb.

Trend UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna klubun danışılmış oyunda iştirak etməsidir.

Qeyd edək ki, sanksiyaya səbəb 2008-ci ildə Ukrayna çempionatında baş tutan "Metallist" - "Karpatı" matçında nəticənin əvvəlcədən razılaşdırılması olub.

"Metallist" bu il Çempionlar Liqasının "pley-off" mərhələsinə yüksəlib. Klub bu mərhələdə Almaniyanın "Şalke" klubu ilə qarşılaşmalı idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti