...

Türkiyədə derbi oyununu yarımçıq saxlayan azarkeşlər il ərzində oyunlara buraxılmayacaq

İdman Materials 23 Sentyabr 2013 16:24 (UTC +04:00)
Türkiyənin "Beşiktaş" və "Qalatasaray" komandaları arasında keçirilən oyunu yarımçıq saxlayan azarkeşlər il ərzində futbol matçlarına buraxılmayacaq.
Türkiyədə derbi oyununu yarımçıq saxlayan azarkeşlər il ərzində oyunlara buraxılmayacaq

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin "Beşiktaş" və "Qalatasaray" komandaları arasında keçirilən oyunu yarımçıq saxlayan azarkeşlər il ərzində futbol matçlarına buraxılmayacaq.

Trend "Sabah" qəzetinə istinadən məlumat verir ki, meydana çıxmaqla oyunun yarımçıq saxlanmasına səbəb olan 69 azarkeş ötən gün İstanbul polisi tərəfindən saxlanılıb. Həmin azarkeşlər bundan sonra Türkiyədəki futbol oyunlarında iştirak edə bilməyəcəklər.

Xatırladaq ki, Türkiyə çempionatının V turu çərçivəsində keçirilən "Beşiktaş" - "Qalatasaray" matçının uzatma dəqiqələrində qarşıdurma baş verib. "Qalatasaray"ın 2-1 hesabı ilə üstün olduğu oyunun 90+2-ci dəqiqəsində Felipe Melonun qırmızı kart alması tribunalardakı azarkeşləri hərəkətə gətirib.

Müdafiə kartonu arxasındakı bir qrup "qara-ağlar" meydançaya daxil olub. Onlar əllərindəki oturacaqları "Hər yer Taksim, hər yer dirəniş" deyə çağırışlar edərək mühafizə dəstələrinə atıblar.

Bundan sonra mühafizə dəstələri qarşıdurmanın qarşısını almaq üçün fəaliyyətə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti