...

Bakıda GT3 dünya avtomobil yarışının seçim turu başladı, bəzi yollarda hərəkət tam məhdudlaşdırıldı (ƏLAVƏ OLUNUB) (FOTO 2)

İdman Materials 23 Noyabr 2013 15:23 (UTC +04:00)
Bakıda GT3 dünya avtomobil yarışının seçim turu başlayıb. Trend-in məlumatına görə, seçim turunda 14 beynəlxalq komanda və 28 yarış avtomobili iştirak edir.
Bakıda GT3 dünya avtomobil yarışının seçim turu başladı, bəzi yollarda hərəkət tam məhdudlaşdırıldı (ƏLAVƏ OLUNUB) (FOTO 2)

Şəkillər əlavə olunub (İlk xəbər 11:11-də yayılıb)

Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir İ.İzzət/

Bakıda GT3 dünya avtomobil yarışının seçim turunun başlanması ilə bağlı bəzi yollar tam məhdudlaşdırılıb. Trend-in məlumatına görə, seçim turunda 14 beynəlxalq komanda və 30 yarış avtomobili iştirak edir.

Avtoralli Bakıda uzunluğu 4 kilometr olan, Dövlət Bayrağı Meydanından dəniz sahili boyu xüsusi hazırlanmış yolda keçirilir.

Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Trend-ə bildirib ki, avtomobil yarışının seçim turunun başlanılması ilə əlaqədar olaraq artıq birbaşa Azneft dairəsindən Bayıl qəsəbəsi və Bayraq meydanı istiqamətində avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulub.

Onun sözlərinə görə, sabah yarışın final mərhələsi başa çatanadək təhlükəsizliyin tam təmin edilməsi məqsədilə sürücülər, xüsusulə bölgədən paytaxta və paytaxtdan bölgəyə hərəkət edərkən alternativ yollardan istifadə etməlidir.

V.Əsədov bildirib ki, qeyd edilən müddətdə bölgələrdən paytaxt ərazisinə giriş üçün alternativ yol kimi 3-cü kənar dairəvi yolla Yasamal rayonu ərazisindən keçmək, "20-ci Sahə" dairəsindən isə Dağüstü yolla Badamdar qəsəbəsindən keçməklə istənilən istiqamətlər üzrə hərəkət təmin edilib.

Paytaxtın Neftçilər prospekti - Azneft dairəsindən Bayıl qəsəbəsi və həmin istiqamətlər üzrə respublikanın bölgələrinə çıxış mümkün olmadığından, Niyazi küçəsi ilə Mehdi Hüseyn küçəsindən keçməklə Parlament və Mətbuat prospektləri, eləcə də 3-cü kənar dairəvi yolla hərəkət edilməsi tövsiyə olunur.

Yarışı izləyən tamaşaçıların daşınması üçün metronun İçərişəhər, Elmlər Akademiyası, Sahil stansiyaları Azneft dairəsi, Səməd Vurğun bağı, "Yeni Bulvar" ərazisindən xüsusi sərnişin marşurutları fəaliyyət göstərir.

Qeyd edək ki, artıq 2013 FIA GT seriyasından olan avtomobillərin Baku World Challeng yarışı start götürüb. Yarışda 14 beynəlxalq komanda və 30 avtomobil iştirak edir. Bu yarış sentyabrın əvvəlində Navarrada keçirilmiş 2013 FIA GT seriyasından olan avtomobillərin yarışının son mərhələsinə dəstək yarışı kimi təşkil edilir.

Qeyd edək ki, final mərhələsi çərçivəsində 15 tarixi F1 maşınları da nümayiş etdirilir. 2 gün ərzində yarışı ümumilikdə 50 minə yaxın tamaşaçının izləyəcəyi gözlənilir. Yarış Eurosport və Almaniyanın RTL televiziya kanalları vasitəsilə canlı yayımlanır. Ümumilikdə isə turnur dunyanın 175 televiziya kanalı ilə
nümayiş etdiriləcək.

Yarışın final mərhələsi noyabrın 24-də olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti