...

FIFA DÇ-2014-ün səbətlərini açıqladı

İdman Materials 3 Dekabr 2013 23:23 (UTC +04:00)
FIFA 2014-cü ildə Braziliyada keçiriləcək futbol üzrə dünya çempionatının qrup mərhələsinin püşkatmasından əvvəl rəsmi olaraq səbətləri açıqlayıb.
FIFA DÇ-2014-ün səbətlərini açıqladı

Azərbaycan, Bakı, 3 dekabr /Trend/

FIFA 2014-cü ildə Braziliyada keçiriləcək futbol üzrə dünya çempionatının qrup mərhələsinin püşkatmasından əvvəl rəsmi olaraq səbətləri açıqlayıb.

Trend xəbər verir ki, daha əvvəlki sıralamaya görə təşkil edilən səbətlərdəki yeganə dəyişiklik Fransanın 4-cü səbətdəki Avropa komandaları ilə eyni səbətə yerləşdirilməsi olub.

Belə ki, 2-ci səbətdə 7 komandanın, 4-cü səbətdə isə 9 komandanın yer alması diqqət çəkib. "Play-off" oyunu ilə DÇ-nin final mərhələsinə vəziqə qazanan Fransanın 4-cü səbətdə yer aldığı üçün ən güclü Avropa komandaları qarşılaşmamasına görə fərqli püşk atılacaq və 4-cü səbətdəki bir Avropa komandası 2-ci səbətə göndəriləcək.

Beləliklə, səbətlər və komandalar: 1-ci səbət: Braziliya, Argentina, Kolumbiya, Uruqvay, Belçika, Almaniya, İspaniya, İsveçrə; 2-ci səbət: Əlcəzair, Kamerun, Kot-d'İvuar, Qana, Nigeriya, Çili, Ekvador; 3-cü səbət: Avstraliya, İran, Yaponiya, Cənubi Koreya, Kosta Rika, Honduras, Meksika, ABŞ; 4-cü səbət: Bosniya və Herseqovina, Xorvatiya, İngiltərə, Fransa, Yunanıstan, İtaliya, Niderland, Portuqaliya, Rusiya.

Qeyd edək ki, Dekabrın 6-da Braziliyada dünya çempionatının qrup mərhələsinin püşkü atılacaq.

Xəbər lenti

Xəbər lenti