...

Everest zirvəsinə qalxma mövsümü başlamadan bağlana bilər

İdman Materials 25 Aprel 2014 17:37 (UTC +04:00)
Bu il Everest zirvəsinə qalxma mövsümü başlamadan bağlana bilər.
Everest zirvəsinə qalxma mövsümü başlamadan bağlana bilər

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Bu il Everest zirvəsinə qalxma mövsümü başlamadan bağlana bilər.

Trend Azərbaycan Alpinizm Federasiyasına istinadən məlumat verir ki, hazırda Nepal hökuməti dünyanın ən yüksək zirvəsinin mövsümünü xilas etmək üçün yerli bələdçi-şerpalarla razılığa gəlməyə çalışır.

Nepalın Mədəniyyət, Turizm və Mülki Aviasiya Nazirliyinin nümayəndələrindən ibarət heyət Everestdəki əsas düşərgəyə gələrək vəziyyəti həll etməyə cəhd göstərəcək. Bu arada bələdçilər, xidmət göstərən personal və xarici turoperatorların nümayəndələri dağı tərk edirlər.

Everest turları üzrə dünyanın ən böyük mütəxəssisi hesab edilən "International Mountain Guides" şirkəti builki ekspedisiyasını ləğv etdiyini elan edib. Şirkətin bu qərarı şerpaların çağırışı ilə bağlıdır - bələdçilər Nepal hökumətini təhlükəsizliyi kifayət qədər təmin etməməkdə ittiham edib, ekspedisiyaların dayandırılmasını tələb edirlər. Bir çox şerpa hesab edir ki, faciə ilə başlayan mövsüm uğurlu olmayacaq.

Xatırladaq ki, aprelin 18-də Everestdə baş vermiş qar uçqunu nəticəsində 16 nəfər həlak olub, bir neçə nəfər itkin düşüb. Faciə baş verməzdən əvvəl yerli bələdçi-şerpalar dağda işləyib, xarici alpinistlərin zirvəyə doğru qalxmalarını asanlaşdıran kəndirlərin bağlanması ilə məşğul idilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti