...

Şəkidə milli atüstü oyunlar festivalı start götürüb

İdman Materials 3 May 2014 16:09 (UTC +04:00)
Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində milli atüstü oyunlar festivalı start götürüb. Yarış ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunub.
Şəkidə milli atüstü oyunlar festivalı start götürüb

Azərbaycan, Bakı, 3 may /Trend/

Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində milli atüstü oyunlar festivalı start götürüb. Yarış ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunub.

Trend Kanal S-ə istinadən xəbər verir ki, atüstü milli oyunlarımızın qorunub saxlanılması, qədim tarixə malik atçılıq ənənələrinin bərpası, ölkəmizdə atçılıq turizminin təbliği, gənc nəsildə bu sahəyə marağın oyadılması məqsədi ilə keçirilən yarış Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunub.

Turnirdə Bakı, Şəki, Ağdam, Ağstafa, Ağcabədi, Balakən, İsmayıllı, Qax, Qəbələ, Laçın, Oğuz, Yevlax, Xaçmaz, Zaqatala və Goranboyu təmsil edən komandalar iştirak edir.

Yarış mayın 7-nə kimi davam edəcək. Qalib komandaya pul mükafatı, Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti