Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir Ulucay Akif/
Fil Dişi Sahili Futbol Federasiyası rəhbərliyi milli komandanın baş məşqçisi postuna namizədlər axtarır.
Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, Federasiya namizədlərin ərizələrini [email protected] elektron poçtu ilə iyulun 14-nə kimi qəbul edəcək.
Baş məşqçi lisenziyanın şərtlərinə uyğun olaraq beynəlxalq təcrübəyə malik olmalı, Fil Dişi Sahilində yaşamalı və fransız dilini bilməlidir.
Yığmanın potensial məşqçisi əsaslandırılmış məktub göndərməlidir. Məktub Federasiyanın İcraiyyə Komitəsi tərəfindən yoxlanılacaq.
Yekun iclasda 5 nəfərin namizədliyi nəzərdən keçiriləcək.
Qeyd edək ki, baş məşqçi postu Sabri Lamuşinin gedişindən sonra boş qalıb. Onun rəhbərliyi altında komanda mundialın qrup mərhələsində 3 xal toplayaraq növbəti mərhələyə keçə bilməyib.