...

"Bakı 2015" Avropa Oyunları Milli Olimpiya komitələrinin I kommunikasiya seminarını təşkil edib

İdman Materials 26 Sentyabr 2014 15:52 (UTC +04:00)
Bu gün "Bakı 2015" Avropa Oyunları Avropanın Milli Olimpiya komitələri, kommunikasiya menecerləri və beynəlxalq media nümayəndələri üçün birinci kommunikasiya seminarını təşkil edib.
"Bakı 2015" Avropa Oyunları Milli Olimpiya komitələrinin I kommunikasiya seminarını təşkil edib

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

Bu gün "Bakı 2015" Avropa Oyunları Avropanın Milli Olimpiya komitələri, kommunikasiya menecerləri və beynəlxalq media nümayəndələri üçün birinci kommunikasiya seminarını təşkil edib.

Trend-in məlumatına görə, iki günlük proqramda Avropadan 62 nümayəndə Bakı 2015-in idman obyektlərini ziyarət edəcək və Avropa Oyunları üçün nəzərdə tutulmuş ən son yeniliklərlə bağlı seminarlarda iştirak edəcəklər.

Bakı 2015-in bir neçə şöbəsi, idman, nəqliyyat, mətbuat əməliyyatları, yayım və kommunikasiya üzrə yüksək vəzifəli nümayəndələri daxil olmaqla iştirakçılar üçün təqdimatlar keçirəcəklər.

"Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq qeyd edib: "Biz ilk Avropa Oyunları ilə əlaqədə olan Avropanın Milli Olimpiya Komitələrinin kommunikasiya komandaları və onların media nümayəndələri ilə yeni münasibətlərin əsasının qoyulmasını səbirsizliklə gözləyirik. Seminara qatılan insanların dəstəyi və əməkdaşlığı bizim üçün bütün qitəni növbəti yay Oyunları necə təşkil etməyimiz və Azərbaycanda gedən işlər barədə məlumatlandırmaq baxımından çox mühümdür".

Ümumilikdə, bütün qitədən 1000-dən çox jurnalistlə bərabər, hər ölkədən kommunikasiya rəsmilərinin gələn il "Bakı 2015" Avropa Oyunlarına qatılacağı gözlənilir.

Britaniya Olimpiya Assosiasiyasının Kommunikasiya üzrə direktoru Adrian Basset söyləyib: "Bu həftəsonu Avropa Oyunları haqqında daha çox öyrənmək və Bakı 2015-in Oyunlar zamanı necə fəaliyyət göstərəcəyini bilmək üçün olduqca əvəzolunmaz şansdır. Bir çox millətlər Azərbaycanda ilk dəfə olaraq yarışacaqlar. Buna görə də gələn il idmançılarımızı necə mükəmməl bir tədbirin gözləyəcəyini bilmək üçün bu ölkəni ziyarət etmək çox vacibdir".

Gələn il 17 müsabiqə günü ərzində xəbər saytları, qəzetlər, radio və televiziya kanalları 6 min idmançının iştirak edəcəyi Oyunları işıqlandıracaqlar.

Bakı 2015-in Kommunikasiya şöbəsinin direktoru Uilyam Lui-Mari deyib: "İlk dəfə olaraq keçiriləcək Avropa Oyunlarında Milli Olimpiya komitələrinin yaxından iştirakına nail olmaq bizim üçün çox vacibdir və biz İlk Avropa Oyunlarının əks-səda doğurması üçün onlarla sıx əməkdaşlıq edirik. Seminar bizim Avropa daxilində Milli Olimpiya komitələri, idmançılar, media və azarkeşlərlə səmərəli ünsiyyət qurduğumuza əmin olmaq baxımından mühüm şansdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti