...

UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkatma qaydalarında yenilik ediləcək

İdman Materials 10 Oktyabr 2014 17:02 (UTC +04:00)
UEFA növbəti mövsümdən etibarən Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin püşkatma qaydalarında dəyişiklik edəcək.
UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkatma qaydalarında yenilik ediləcək

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir İlkin İzzət/

UEFA növbəti mövsümdən etibarən Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin püşkatma qaydalarında dəyişiklik edəcək. Trend Lenta.ru saytına istinadən xəbər verir ki, bu barədə UEFA-nın baş katibi Canni İnfantino deyib.

C.İnfantino bildirib ki, yeni mövsümdən etibarən birinci səbətdə yer alacaq 8 komandadan biri turnirin son qalibi, digər 7-si isə UEFA-nın reytinqində ilk 7 pillədə qərarlaşan ölkələrin çempionları olacaqlar.

Onun sözlərinə görə, ən güclü çempionatlar FİFA-nın aylıq reytinq siyahısına əsasən müəyyənləşdiriləcək: "İnsanlar anlamırlar ki, niyə ölkələrin çempionları turnir cədvəlində 3-cü yeri tutmuş komandadan reytinqdə aşağı olurlar. Bu, yarışa yeni dinamika verəcək və qrup mərhələsini daha maraqlı edəcək".

Hazırkı sistemə görə isə səbətlərə bölüşdürülmə komandaların son 5 il ərzindəki çıxışı əsasında aparılır.

Qeyd edək ki, daha öncə püşk zamanı 1-ci səbətdə yüksək reytinqə malik komandalar yer alırdılar. Bəzi komandalar isə öz ölkələrinin çempionu olsalar da, UEFA reytinqində geridə olduğundan 2-ci səbətə düşməli olurdular.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti