...

UEFA-nın İcraiyyə Komitəsi bioloji pasportların tətbiqini təsdiqləyib

İdman Materials 17 Oktyabr 2014 11:27 (UTC +04:00)
Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İcraiyyə Komitəsi qurumun Tibb Komitəsinin tövsiyələrinə əməl edərək idmançının bioloji pasportunun tətbiqini təsdiqləyib.
UEFA-nın İcraiyyə Komitəsi bioloji pasportların tətbiqini təsdiqləyib

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İcraiyyə Komitəsi qurumun Tibb Komitəsinin tövsiyələrinə əməl edərək idmançının bioloji pasportunun tətbiqini təsdiqləyib. Trend xəbər verir ki, bu barədə "R-Sport" qurumun rəsmi saytına istinadən məlumat yayıb.

Yeni texniki imkanlar UEFA-ya dopinqi standart antidopinq prosedurları ilə müqayisədə daha məhsuldar aşkar etməyə kömək edəcək.

Yeni qayda 2015/16-cı il Çempionlar Liqasının başlaması ilə qüvvəyə minəcək.

UEFA Tibb Komitəsinin sədri Mişel D`Hoqe bəyan edib: "Çempionlar Liqasında bioloji pasportların tətbiqi UEFA-nın futbolda antidopinq hərəkatının avanqardı olduğunu nümayiş etdirir".

İdmançının bioloji pasportunun köməyi ilə adi dopinq-nəzarət prosedurları ilə aşkar edilməsi mümkün olmayan qadağan edilmiş preparatların tətbiqi futbolçunun orqanizmindəki dəyişikliklərə müəyyən olunacaq. Ümumdünya Antidopinq Agentliyi (ÜADA) hesab edir ki, bioloji pasport son zamanlar çoxlu araşdırmaların aparıldığı etibarlı informasiya mənbəyidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti