...

Erməni samboçular Bakıya gələcəklər

İdman Materials 14 Noyabr 2014 17:31 (UTC +04:00)
Ermənistan samboçuları 2015-ci lin iyununda Bakıda keçiriləcək ilk Avropa Oyunlarında iştirak edəcəklər.
Erməni samboçular Bakıya gələcəklər

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

Ermənistan samboçuları 2015-ci lin iyununda Bakıda keçiriləcək ilk Avropa Oyunlarında iştirak edəcəklər.

Trend-in "Armenia Today" saytına istinadən verdiyi məlumata görə, bu məsələ Ermənistan Sambo Federasiyasının noyabrın 11-də keçirilmiş iclasında müzakirə olunub.

İclasda kişilər arasında 57 və 90 kiloqram çəki dərəcələrində və qadınlar arasında 52 kiloqram çəki dərəcəsində ən güclüləri müəyyənləşdirmək üçün yarış təşkil etmək qərara alınıb.

Ermənistan Milli Olimpiya Komitəsinin müvafiq maliyyə dəstəyi olacağı təqdirdə, Sambo Federasiyasına Bakıda ən az iki medal qazanmaq tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti