...

Bakı 2015 Avropa Oyunlarına 200 gün qalır - İşıqlandırma effektlərindən ibarət möhtəşəm şou

İdman Materials 21 Noyabr 2014 16:30 (UTC +04:00)
Bakı 2015 Avropa Oyunları ilk Avropa Oyunlarının açılış mərasiminə 200 gün qaldığını qeyd etmək məqsədilə gələn həftə şəhərdə işıqlandırma effektlərindən ibarət möhtəşəm şou təşkil edəcək.
Bakı 2015 Avropa Oyunlarına 200 gün qalır - İşıqlandırma effektlərindən ibarət möhtəşəm şou

Azərbaycan, Bakı, 21 noyabr /Trend/

Bakı 2015 Avropa Oyunları ilk Avropa Oyunlarının açılış mərasiminə 200 gün qaldığını qeyd etmək məqsədilə gələn həftə şəhərdə işıqlandırma effektlərindən ibarət möhtəşəm şou təşkil edəcək.

Oyunların Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, ilk Avropa Oyunlarının başlamasına qalan 200 günü qeyd etmək üçün noyabrın 24-də İçərişəhərdə şəhəri işıqlandıracaq və diqqətçəkici nümayiş baş tutacaq.

Sözügedən məqamı qeyd etmək məqsədilə Bakı 2015-in təsviri əfsanəvi Qız Qalası memarlıq abidəsinin üzərində möhtəşəm şəkildə nümayiş olunacaq və axşam Bakı 2015-lə bağlı xüsusi bir xəbər elan olunacaq.

Azərbaycanın gənclər və idman naziri, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov deyib: "İlk Avropa Oyunlarının başlamasına 200 gün qalıb. Bakı şəhəri və Azərbaycan ölkəmizin idman tarixinin mühüm hissəsinə çevriləcək Oyunlara hazırlaşır. Eyni zamanda, biz bütün ölkədə böyük maraq oyadacaq xüsusi bir xəbər elan edəcəyik və mən bu tarixi anı mümkün qədər çox sayda insanla paylaşmaq istərdim".

Bakı sakinlərini axşam saat 8-də başlayacaq və sonda möhtəşəm işıqlandırma effektlərindən ibarət şou ilə başa çatacaq tədbirdə iştirak etməyə dəvət edirik.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: "Açılış mərasiminin başlamasına qalan günlərin geri sayımına davam edirik və şəhərdə hər həftə böyük həyəcan hissi yaşanmaqdadır. Gələn il keçiriləcək Bakı 2015 Avropa Oyunlarında iştirak edəcək Avropanın elit idmançılarına ev sahibliyi etməyə hazırlaşdığımız üçün mən Bakı sakinlərini bizə qoşularaq tədbirlərimizdə iştirak etməyə dəvət edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti