...

Robert Prosineçki AFFA ilə danışıqlar üçün Bakıya gəlib

İdman Materials 24 Noyabr 2014 11:11 (UTC +04:00)
Azərbaycan milli komandasının baş məşqçi vəzifəsinə namizədlərdən biri olan Robert Prosineçki Bakıya gəlib.
Robert Prosineçki AFFA ilə danışıqlar üçün Bakıya gəlib

Azərbaycan, Bakı, 24 noyabr /Trend/

Azərbaycan milli komandasının baş məşqçi vəzifəsinə namizədlərdən biri olan Robert Prosineçki Bakıya gəlib.

Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, xorvatiyalı mütəxəssis bu gün Azərbaycan Premyer Liqasının 13-cü turunda "Dalğa Arena"da keçiriləcək "Xəzər Lənkəran" - "Neftçi" qarşılaşmasını stadiondan canlı izləyəcək.

O, ölkəmizin futbol təsərrüfatı ilə tanış olduqdan sonra AFFA rəhbərliyi ilə danışıqların növbəti mərhələsinə başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti