...

Britaniya mətbuatı Mişel Platinini rüşvət almaqda şübhəli bilir

İdman Materials 1 Dekabr 2014 14:58 (UTC +04:00)
Britaniya KİV-də UEFA prezidenti Mişel Platininin 2018-ci ildə futbol üzrə dünya çempionatına sahiblik edəcək ölkənin seçiminə görə korrupsiyada şübhəli bilindiyinə dair məlumatlar dərc olunub.
Britaniya mətbuatı Mişel Platinini rüşvət almaqda şübhəli bilir

Azərbaycan, Bakı, 1 dekabr /Trend/

Britaniya KİV-də UEFA prezidenti Mişel Platininin 2018-ci ildə futbol üzrə dünya çempionatına sahiblik edəcək ölkənin seçiminə görə korrupsiyada şübhəli bilindiyinə dair məlumatlar dərc olunub.

Trend xəbər verir ki, BBC-nin istinad etdiyi "Sunday Times"-ın məlumatına görə, məmur Rusiyanın xeyrinə səs verməsinə görə Pablo Pikassonun əsərini əldə edib.

Nəşr həmçinin yazır ki, Rusiyanın DÇ-2018-i keçirmək hüququnu əldə etməsində əsas rolu Rusiya lideri Vladimir Putin oynayıb. Belə ki, o, FİFA rəhbəri Yozef Blatterin dəstəyini ala bilib.

Bildirilir ki, İngiltərənin Ərizə komitəsi DÇ-2018-in keçirilməsi hüququ üçün mübarizənin gedişində rəqiblər barədə informasiya toplayırdı. Bunun üçün Britaniyanın Mİ6 kəşfiyyat xidmətinin keçmiş əməkdaşları işə götürülmüşdülər. Həmçinin Britaniya diplomatik missiyaları bütün dünyada məlumatların toplanmasında iştirak edirdi.

Məruzədə Qətərin ünvanına ittihamlar da yer alıb. Guya bu ölkə qaz sahəsində sazişlərin imzalanması zamanı özünün futbol sahəsindəki maraqlarına lobbiçilik edib.

Bununla yanaşı, sübut bazasının yetərli olmaması səbəbindən materialda birbaşa korrupsiya ittihamları səslənməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti