...

"Qəbələ" Sənan Qurbanova tapşırıldı

İdman Materials 9 Dekabr 2014 18:24 (UTC +04:00)
“Qəbələ” futbol klubunun baş məşqçisi Dorinel Muntyanu postundan istefa verib.
"Qəbələ" Sənan Qurbanova tapşırıldı

Azərbaycan, Bakı, 9 dekabr /Trend/

"Qəbələ" futbol klubunun baş məşqçisi Dorinel Muntyanu postundan istefa verib.

Trend klubun saytına istinadən məlumat verir ki, mütəxəssis bu gün istefa ərizəsini klub rəhbərliyinə təqdim edib. İstefa ərizəsi rəhbərlik tərəfindən qəbul olunub.

"Qəbələ"nin baş məşqçi postu müvəqqəti olaraq yardımçı məşqçi Sənan Qurbanova tapşırılıb. Əsas komandada fəaliyyət göstərən qapıçı məşqçisi Dimitri Kramarenko və "Qəbələ" Futbol Akademiyasının U-17 komandasının məşqçisi Ramin Quliyev S.Qurbanovun köməkçisi vəzifəsini yerinə yetirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti