...

Blatter beşinci müddətə FİFA rəhbəri postuna namizədliyini verəcək

İdman Materials 23 Dekabr 2014 10:44 (UTC +04:00)
FİFA prezidenti Yozef Blatter qurumun rəhbəri seçkilərində öz namizədliyini irəli sürməyə qərar verib.
Blatter beşinci müddətə FİFA rəhbəri postuna namizədliyini verəcək

Azərbaycan, Bakı, 23 dekabr /Trend/

FİFA prezidenti Yozef Blatter qurumun rəhbəri seçkilərində öz namizədliyini irəli sürməyə qərar verib. Trend xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi "Sky Sports"a istinadən xəbər verir.

78 yaşlı isveçrəli üçün bu müddət beşinci ola bilər. O, bu postu 1998-ci ildən tutur.

Bir müddət əvvəl o, yenidən namizədliyini irəli sürəcəyi barədə danışmışdı. Lakin son günlər onun FİFA ilə bağlı daimi qalmaqallardan yorulduğu üçün fikrini dəyişə biləcəyi barədə məlumat verilmişdi. Blatter öz qərarını rəsmi şəkildə 2015-ci ilin yanvarında, yəni seçkilər üçün ərizə vermək lazım gələndə açıqlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti