...

İbrahimoviçin agenti FIFA prezidenti olmaq istəyir

İdman Materials 23 Yanvar 2015 18:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Tanınmış futbol agenti Mino Rayola FIFA prezidentliyinə namizədliyini vermək niyyətindədir.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Zlatan İbrahimoviç, Mario Balotelli kimi futbolçuların agenti olan M.Rayola seçkilərdə qalib gələrək FIFA-nın hazırkı prezidenti Yozef Blatterin "diktatura"sına son qoymağı planlaşdırır.

Seçkilərdə FIFA-nın keçmiş baş katibi Jerom Şampan, qurumun vitse-prezidenti və İordaniya şahzadəsi Əli bin əl-Hüseyn və Fransanın sabiq futbolçusu David Jinola da iştirak etmək niyyətindədirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti