...

Qadın güləşçilərimiz dünya reytinqindəki mövqelərini qoruyublar

İdman Materials 5 Fevral 2015 11:44 (UTC +04:00)
Güləşçilərimiz Mariya Stadnik və Yuliya Ratkeviçin dünya reytinqindəki yerləri dəyişmədi.
Qadın güləşçilərimiz dünya reytinqindəki mövqelərini qoruyublar

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir İlkin İzzət/

Güləşçilərimiz Mariya Stadnik və Yuliya Ratkeviçin dünya reytinqindəki yerləri dəyişmədi.

Trend xəbər verir ki, Dünya Güləş Birliyi (UWW - United World Wrestling) 2015-ci il yanvar ayında keçirilən yarışların nəticəsinə əsasən, qadın güləşi üzrə yeni reytinq siyasını açıqlayıb.

Qadın güləşçilərin reytinq sıralamasında 5 güləşçimizin adı var. İlk onluqda yer alan 2014-cü il dünya çempionatının gümüş mükafatçısı Yuliya Ratkeviç (60 kq) və bürünc medalçısı Mariya Stadnik (48 kq) reytinqdəki mövqelərini qoruyublar. Güləşçilərimiz müvafiq olaraq, 2-ci və 4-cü sırada qərarlaşıb.

48 kq

4. Mariya Stadnik - DÇ 3-cü yer (4)

58 kq

12. İrina Netreba - Paris Qran Pri turniri 3-cü yer (10)

60 kq

2. Yuliya Ratkeviç - DÇ 2-ci yer (2)

11. Nataliya Sinişin - Paris Qran Pri turniri 2-ci yer (nr)

69 kq

19. Nadya Sementsova - Almaniya Qran Pri turniri 3-cü yer (13)

İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti