Azərbaycan, Bakı, 23 aprel /Trend/
Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin oyunları başa çatıb.
Trend-in məlumatına görə, ilk oyunda qolsuz bərabərliyə qalan Madrid derbisi bu dəfə də qoldan kasad olub. Lakin Arda Turanın qırmızı vərəqə alaraq meydanı tərk etməsindən sonra 88-ci dəqiqədə Ronaldonun ötürməsini qola çevirən Xavier Hernandez komandasına vacib qələbə qazandırıb: "Real" - "Atletiko" - 1:0.
Digər oyun isə Monakoda baş tutub. Səfərdə "Yuventus"a minimal hesabla məğlub olan "Monako" doğma meydan amilindən yararlana bilməyib - 0:0.
"Real" və "Yuventus" da yarımfinalda
Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin oyunları başa çatıb
