Azərbaycan, Bakı, 11 iyun /Trend/
Türkiyənin "Fənərbağça" futbol klubuna yeni baş məşqçi təyin edilib.
Trend klubun saytına istinadən məlumat verir ki, bu vəzifəyə portuqaliyalı mütəxəssis Vitor Pereyra təyin edilib.
"Olimpiakos"un sabiq baş məşqçisi işləmiş V.Pereyra ilə 2 illik müqavilə imzalanıb.