...

"Təyyarəçilər" uçuş həyata keçirə bilmir

İdman Materials 12 Sentyabr 2015 19:50 (UTC +04:00)
Bu gün Azərbaycan Premyer Liqasında 4-cü turun oyunlarına start verilib
"Təyyarəçilər" uçuş həyata keçirə bilmir

Azərbaycan, Bakı, 12 sentyabr /Trend/

Bu gün Azərbaycan Premyer Liqasında 4-cü turun oyunlarına start verilib.

Trend-in məlumatına görə, ilk oyun günü Gəncədə baş tutub.

Burada "Kəpəz" AZAL-ı qəbul edib. Cari mövsüm xala həsrət qalan "təyyarəçilər" Şahin Diniyevin komandası ilə oyunda ilk uğurlu nəticəsini qazanmağa çalışsa da bu görüşdə 1:0 hesabı ilə qalib gələn Gəncə təmsilçisi mövsümdə ilk qələbəsini qazanıb. AZAL isə ardıcıl 4-cü matçında meydanı xalsız və qolsuz tərk edib.

Xəbər lenti

Xəbər lenti