...

Gənc güləşçilərimiz Rusiyada beynəlxalq turnirdə iştirak edəcəklər

İdman Materials 28 Sentyabr 2015 11:29 (UTC +04:00)
Gənc güləşçilərimiz Rusiyanın dövlət xadiminin xatirəsinə həsr edilmiş beynəlxalq turnirdə iştirak edəcəklər.
Gənc güləşçilərimiz Rusiyada beynəlxalq turnirdə iştirak edəcəklər

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir İlkin İzzət/

Gənc güləşçilərimiz Rusiyanın dövlət xadiminin xatirəsinə həsr edilmiş beynəlxalq turnirdə iştirak edəcəklər.

Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə verilən məlumata görə, 2-4 oktyabr 2015-ci il tarixdə Dağıstanın Levaşi rayonunda Rusiyanın ictimai və dövlət xadimi Nurbaqand Qapizovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə 1995-97-ci il təvəllüdlü gənclər arasında I beynəlxalq turnir keçiriləcək.

Turnirdə sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandanın üzvləri iştirak edəcək. Böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Siracuddin Eldarovun rəhbərliyi altında turnirə 8 idmançı yollanacaq.

Heyətdə Arif Hüseynov (50 kq), Əfqan Xaşalov (55 kq), Əli Rəhimzadə (60 kq), Pənah İlyaslı (66 kq), Murad Süleymanov (74 kq), Hacımurad Məhəmmədsəidov (84 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) və Həmzətxan İsrapilov (120 kq) yer alacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti