...

AFFA İcraiyyə Komitəsinin üzvlüyünə namizədlər açıqlanıb

İdman Materials 25 Fevral 2016 19:48
AFFA-nın Nizamnaməsinin 34-cü maddəsinin tələblərinə uyğun olaraq, AFFA-nın 2016-cı il martın 11-də keçiriləcək Hesabat-Seçki Konfransında İcraiyyə Komitəsinə seçki keçiriləcək.
AFFA İcraiyyə Komitəsinin üzvlüyünə namizədlər açıqlanıb

Trend-i buradan izləyin

Bakı. Trend:

AFFA-nın Nizamnaməsinin 34-cü maddəsinin tələblərinə uyğun olaraq, AFFA-nın 2016-cı il martın 11-də keçiriləcək Hesabat-Seçki Konfransında İcraiyyə Komitəsinə seçki keçiriləcək.

Trend qurumun saytına istinadən məlumat verir ki, Nizamnamənin 34-cü maddəsinin 4-cü bəndinə əsasən, İcraiyyə Komitəsinə hər bir namizəd yalnız bir AFFA üzvü və dolayı üzvü tərəfindən Konfransın keçirilmə tarixindən ən azı 15 gün əvvəl təklif olunmalıdır. Bu gün qeyd olunmuş müddət başa çatıb.

İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülmüş şəxslər aşağıdakılardır:

Peşəkar Futbol Liqası - 4 yer

1. Rauf Əliyev - AZAL PFK tərəfindən
2. Vaqif Sadıqov - "Sumqayıt" FK tərəfindən
3. Elşad Nəsirov - "Neftçi" PFK tərəfindən
4. Qurban Qurbanov - "Qarabağ" FK tərəfindən
5. Tuyqun Nadirov - "Xəzər Lənkəran" FK tərəfindən

Regional Futbol Federasiyaları İctimai Birliyi - 2 yer

1. Kazbek Tuayev - Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
2. İsgəndər Cavadov - Şimal Regional Futbol Federasiyası tərəfindən

Sahə Futbol Federasiyaları - 2 yer
1. Mahir Məmmədov - Azərbaycan Futzal Federasiyası tərəfindən
2. Mirkamil Rəhimov - Uşaq və Gənclər Futbol Federasiyası tərəfindən

İctimai Futbol Təşkilatları - 2 yer
1. Elmar Məmmədyarov - Ümümazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən
2. Firudin Qurbanov - Futbol Hakimləri İctimai Birliyi tərəfindən

Məqalədə:
Xəbər lenti

Xəbər lenti