...

Ronaldodan İspaniya çempionatında antirekord

İdman Materials 15 Mart 2016 13:53 (UTC +04:00)
Madrid “Real”ının və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo İspaniya çempionatının 29-cu turunda "Las Palmas" ilə oyunda şəxsi antirekordunu vurub.
Ronaldodan İspaniya çempionatında antirekord

Bakı. Elçin Hüseynov - Trend:

Madrid "Real"ının və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo İspaniya çempionatının 29-cu turunda "Las Palmas" ilə oyunda şəxsi antirekordunu vurub.

Trend İspaniyanın AS portalına istinadən xəbər verir ki, futbolçunun ayağı bütün oyun ərzində topa 28 dəfə dəyib.

Bu nəticə K.Ronaldonun İspaniya və İngiltərə birinciliyində çıxışları zamanı ən pis göstəricidir. Bundan əvvəl oxşar nəticələri futbolçu yalnız oyun ərzində 1 hissədə çıxış edərkən göstərib.

İspaniya çempionatının 29 matçı ərzində portuqaliyalı K.Ronaldo 27 qol vurub və 9 nəticəli ötürmələr keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti