Bakı. Trend:
Almaniyanın futbol klubu "Bayern" (Münhen) müdafiəçisi David Alabanı "Real Madrid"ə 50 milyon dollara satmaqdan imtına etdi.
Trend-in xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, Münhen klubu Avstriya millisinin oyunçusunu 80 milyon dollardan aşağı satmaq fikrində deyil. Qeyd edək ki, Alabanın "Bayern"lə müqaviləsi 2021-ci ilə qədər qüvvədədir.
Alaba 2015-2016 mövsümündə "Bayern"in heyətində bütün turnirlərdə 46 oyun keçirib, 2 qola imza atıb və 4 məhsuldar ötürmə verib.