...

Rauf Məmmədov: "Karyakinlə heç-heçə yaxşı nəticədir" (FOTO)

İdman Materials 1 İyun 2016 19:59 (UTC +04:00)
Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess-2016" superturnirinin VI turunda Rusiya təmsilçisi Sergey Karyakinlə heç-heçə oynayan Rauf Məmmədov nəticədən razı qaldığını deyib.
Rauf Məmmədov: "Karyakinlə heç-heçə yaxşı nəticədir" (FOTO)

Bakı. Trend:

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess-2016" superturnirinin VI turunda Rusiya təmsilçisi Sergey Karyakinlə heç-heçə oynayan Rauf Məmmədov nəticədən razı qaldığını deyib.

O qeyd edib: "Karyakin dünya çempionluğuna iddialıdır. Sergey şahmat tacı uğrunda Maqnus Karlsenlə mübarizə aparacaq. Heç-heçə yaxşı nəticədir. Fikrimcə, çox maraqlı oyun oldu. Üstünlük yox idi, amma aktiv mübarizə gedirdi. Belə də heç-heçəni yaxşı nəticə hesab edirəm. İstirahət günündən sonra Sergey kimi şahmatçıdan yarım xal almaq normaldır".

R.Məmmədov "ShamkirChess-2016" turnirinin təşkilatçılığı barədə danışaraq şəmkirlilərə təşəkkür edib: "Karyeramda iştirak etdiyim ən gözəl üç turnir Şəmkirlə bağlıdır. Ardıcıl üçüncü dəfə Şəmkirdəki yarışda mübarizə aparıram və bu yarışların hamısı təşkilatçılıq baxımından seçilir. Şəmkirlilərə təşəkkür edirəm, yarış zamanı bizləri tək qoymurlar. Növbəti illərdə də Şəmkirdə keçirilən yarışda iştirakçılar sırasında olmaq istərdim".

Azərbaycan yığmasının lideri bir neçə gündən sonra başlayacaq futbol üzrə Avropa çempionatında İngiltərə komandasına azarkeşlik edəcəyini də bildirdi: "Futbol azarkeşiyəm. Ona görə Avropa çempionatını yaxından izləyəcəyəm. Sözsüz ki, İngiltərənin çempion olmasını istəyirəm. Şanslar bütün komandalarda eynidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti