...

Lyuis Hemiltondan Bakı trasında rekord

İdman Materials 19 İyun 2016 18:19
Formula 1-in Bakı şəhər trasında "Mercedes" komandasının pilotu Lyuis Hemilton rekorda imza atıb.
Lyuis Hemiltondan Bakı trasında rekord

Trend-i buradan izləyin

Bakı. Trend:

Formula 1-in Bakı şəhər trasında "Mercedes" komandasının pilotu Lyuis Hemilton rekorda imza atıb.

Trend-in məlumatına görə, onun bolidi ilə yığdığı sürət 364 km/saatdır ki, bu da hazırda yarış boyunca qeydə alınan ən yüksək sürətdir.

Qeyd edək ki, Bakıda "Formula 1" Avropa Qran Prisi keçirilir.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Lyuis Hemilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanındadır. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

Xəbər lenti

Xəbər lenti