Bakı. Trend:
İyulun 28-də UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin oyunları start götürüb.
Trend-in məlumatına görə, turnirdə təmsilçimiz “Qəbələ” səfərdə Fransanın “Lill” komandası ilə qarşılaşıb.
“Metropol Arena”da oynanılan matçın 13-cü dəqiqəsində “Qəbələ” hesabı açıb. Komandanın heyətində Vitali Vernidub fərqlənib – 1:0.
47-ci dəqiqədə “Lill”in futbolçusu Mendes hesabı bərabərləşdirib - 1:1. Matç elə bu hesabla başa çatıb.
Komandalar arasında cavab qarşılaşması bir həftə sonra Bakıda keçiriləcək.