...

“Qəbələ”nin oyununun vaxtı dəyişdirildi

İdman Materials 19 Sentyabr 2016 13:45 (UTC +04:00)
“Qəbələ” - “Sumqayıt” oyununun vaxtı dəyişdirilib.
“Qəbələ”nin oyununun vaxtı dəyişdirildi

Bakı. Trend:

“Qəbələ” - “Sumqayıt” oyununun vaxtı dəyişdirilib.

Trend Peşəkar Futbol Liqasına istinadən məlumat verir ki, Premyer Liqada çıxış edən komandaların əvəzedici heyətlərinin yarışında 3-cü turdan təxirə salınmış “Qəbələ” – “Sumqayıt” oyununun keçirilmə tarixi dəyişdirilib.

“Qəbələ” klubunun UEFA U-19 Gənclər Liqasının birinci mərhələsində Rusiyanın “Dinamo” klubu ilə qarşılaşması səbəbindən matç 21.09.2016-cı il tarixindən 05.12.2016-cı il tarixinə keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti