...

"Bayern Munich" futbol klubunun oyunçusu Avropanın ən yaxşı gənc oyunçusu seçilib

İdman Materials 24 Oktyabr 2016 08:30 (UTC +04:00)

Bakı. Trend:

"Bayern Munich" futbol klubunun yarımmüdafiəçisi, Portuqaliya yığmasının üzvü Renatu Sançeş Avropanın ən yaxşı gənc futbolçusuna təqdim olunan "Golden Boy" mükafatına layiq görülüb.

Trend-in "TASS"-a istinadən verdiyi məlumata görə, bu mükafat 2003-ci ildə "Tuttosport" qəzeti tərəfindən təsis edilib. Golden Boy mükafatı yaşı 21-dən yuxarı olmuyan və Avropa ölkələrinin elit divizionlarında çıxış edən ən yaxşı Avropa futbolçusuna təqdim olunur. Qalib səsvermə yolu ilə seçilir.

Renatu Sançeş Portuqaliya yığmasında Fransada keçirilən AVRO-2016-nın qalibi olub.

Qeyd edək ki, Renatu Sançeş Golden Boy mükafatına layiq görülən ilk portuqaliyalı futbolçudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti