...

Fərid Mansurov: Belə hallar idmanımızı şikəst etməyə yönəlib

İdman Materials 14 Noyabr 2016 16:39 (UTC +04:00)
Uşaq və gənclər üçün idman məktəblərinin fəaliyyətlərinin gücləndirilməsi vacibdir.
Fərid Mansurov: Belə hallar idmanımızı şikəst etməyə yönəlib

Bakı. Samir Əli - Trend;

Uşaq və gənclər üçün idman məktəblərinin fəaliyyətlərinin gücləndirilməsi vacibdir.

Trend-in məlumatına görə, bu barədə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov deyib.

Onun sözlərinə görə, bu prosesə xüsusi diqqət yetirilməlidir:

"Bu vəzifəyə təyin olunduqdan sonra onların bütün müdirlərini çağırıb söhbət etdim. Əgər hansısa məşqçi öz sahəsi üzrə məşğul olmursa, bunun qarşısı alınmalıdır. Çünki belə hallar idmanımızı şikəst etməyə yönəlib. Çox təəssüf ki, belə hallar var və bunların qarşısını qısa vaxtda alacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti