Bakı. Trend:
"Neftçi" heyətini gücləndirir.
Trend-in məlumatına görə, komanda yarımmüdafiəçi Namiq Ələsgərov və gürcü müdafiəçi Georgi Navalovski ilə müqavilə bağlayıb.
N.Ələsgərov “Bakı”, “Qarabağ” və “Kəpəz” klublarında çıxış edib. U-17, U-19 və U-21 yığmalarında çıxış etmiş 1995-ci il təvəllüdlü futbolçu Azərbaycan milli komandasının üzvüdür.
G.Navalovski isə Gürcüstanın “Dinamo” (Tbilisi), “Olimpi”, “Dila”, Rusiyanın “Anji”, “Volqa”, “Ximki”, “Metallurq-Kuzbass”, “SKA-Energiya”, “Tosno”, Yunanıstanın “Veriya” klublarında çıxış edib. 2010-cu ildə Bakı “İnter”inin şərəfini qorumuş 30 yaşlı futbolçu Gürcüstan milli komandasının heyətində 19, U-21 yığmasında 9 oyun keçirib.